22 oktyabr 2026-cı il
Layihə
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
Q A N U N U
Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli
Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 22-ci maddəsini və 25-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 16.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“16.3. Aparıcı komitənin tapşırığı ilə Ali Məclisin Aparatı qanun layihələrinin ictimai dinləmələrini və ictimai müzakirələrini təşkil edir. İctimai dinləmə və ictimai müzakirə komitə iclası ilə birlikdə keçirilə bilər. İctimai dinləmənin və ictimai müzakirənin təşkili üçün Ali Məclisin Aparatı “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tədbirlər görür. İctimai dinləməyə və ictimai müzakirəyə dəvət edilən şəxslər ictimai dinləmənin və ya ictimai müzakirənin keçirilməsi tarixi barədə azı 5 gün əvvəl, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 26-cı maddəsinin V hissəsinə əsasən, təcili elan edilən qanun layihələri ilə bağlı isə azı 3 gün əvvəl xəbərdar olunurlar.”.
2. Aşağıdakı məzmunda 16.3-1-ci maddə əlavə edilsin:
“16.3-1. İctimai dinləmə və ya ictimai müzakirə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Elektron Hökumət İnformasiya Sistemi üzərindən də təşkil edilir. Bu zaman ictimai dinləmənin və ya ictimai müzakirənin keçirilmə tarixi barədə məlumatlandırılma həmin informasiya sistemi vasitəsilə təmin edilir.”.
3. 19.5-ci maddəyə “ictimai” sözündən sonra “dinləməsinin və ya ictimai” sözləri əlavə edilsin.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrinin birinci müavini BƏXTİYAR MƏMMƏDOV
Elanlar
Gündəlik