11.06.2026 09:32
AZ | EN

Ali Məclisin Mətbuat xidmətinin məlumatı

Ali Məclisin Mətbuat xidmətinin məlumatı
12 iyun 2025 - 22:29
546

İyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı Qərara əsasən, 2025-ci il iyun ayının 13-dən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.

Növbədənkənar sessiyanın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi daxil edilib.