20.04.2026 17:54
AZ | EN

Ali Məclis Strasburqda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 50-ci sessiyasında təmsil olunur

Ali Məclis Strasburqda Avropa Şurasının Yerli və Regional  Hakimiyyətlər Konqresinin 50-ci sessiyasında təmsil olunur
01 aprel 2026 - 16:28
756

31 mart – 2 aprel 2026-cı il tarixlərində Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 50-ci sessiyası keçirilir.

Beynəlxalq tədbirdə Azərbaycan nümayəndələri də iştirak edirlər. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Sessiyanın müzakirələrinin mərkəzində müasir demokratiyanın üzləşdiyi ciddi çağırışlar - böhran vəziyyətində yerli demokratiya, təhlükəsizlik və müdafiə, regional inkişaf, yeni texnologiyalar və sosial hüquqlar kimi məsələlər dayanır.

Qeyd edək ki, konqresin 50-ci sessiyası gündəlikdəki məsələlərlə bağlı müzakirə və çıxışlarla davam edir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti