“31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı

15 dekabr 2023 - 18:01
600
1991-ci il dekabrın 16-da Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında” qərar qəbul olunmuşdur. Qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada qeyd edilmişdir. Tarixi qərar sonrakı dövrdə birliyimizi və həmrəyliyimizi möhkəmləndirmiş, Naxçıvandan başlanan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyası xalqımızı vahid ideologiya ətrafında birləşdirərək Milli Qurtuluşa və Qələbəyə qovuşdurmuşdur.